"İranın Azərbaycanla çox gözəl əlaqələri mövcuddur. Bugünkü iclasdan əlavə, prezident İlham Əliyevlə faydalı müzakirələr apardıq".

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Onun sözlərinə görə, prezidentlə görüşdə enerji sahəsində və Xəzər dənizi ilə bağlı, habelə Rusiya-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-İran arasında tranzit sahəsində əməkdaşlıq müzakirə olunub.
"Azərbaycan İranın yaxşı qonşusudur. Biz bu əlaqələri ciddi şəkildə davam etdirəcəyik", - deyə nazir vurğulayıb.
.