Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Kiyevin sülh təkliflərinin digər ölkələrin vasitəçiləri vasitəsilə Rusiyaya ötürülməsini istisna etməyib.

Ukraynanın “Strana” nəşri xəbər verir ki, Podolyak bu barədə ölkə telemarafanonda bildirib.

Məlumata görə, Ukrayna rəsmisi analoji şəkildə baş tutan taxıl müqaviləsinin bağlanması prosesini nümunə göstərib.

Podolyak eyni zamanda vurğulayıb ki, bu həftə Kiyev və Moskvaya səfər edən Macarıstanın Baş naziri Viktor Orban belə vasitəçi ola bilməz.

.