Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın real sülhə can atdığını deyib və sülh prosesini pozmağa cəhd etməyəcəyinə əmin edib.

O, bu barədə öz "Telegram" kanalında dərc etdiyi videomüraciətdə bildirib.

Zelenski qeyd edib ki, ABŞ nümayəndələri ilə görüşüb və ABŞ tərəfi öz təkliflərini - müharibəyə son qoymaq üçün planın bəndlərini təqdim edib.

"Müharibənin ilk günlərindən bir, çox sadə mövqe tuturuq: Ukraynaya sülh lazımdır. Ləyaqətli sülh - müstəqilliyimizə, suverenliyimizə, Ukrayna xalqının ləyaqətinə hörməti ehtiva edən şərtlərlə. Biz məhz belə şərtləri təmin etməliyik", - deyə V.Zelenski vurğulayıb.

O, prinsipial mövqeləri qeyd etdiyini və bundan sonra komandaların bu təkliflər üzərində işləyəcəyini bildirib.

"Biz kəskin bəyanatlar verməyəcəyik və dəqiq, dürüst işə köklənmişik - Ukrayna, Birləşmiş Ştatlar və Avropadakı və dünyadakı dostlarımız və tərəfdaşlarımız", - deyə prezident əmin edib.

V.Zelenski avropalı tərəfdaşlara dəstək üçün təşəkkür edib.

O bu gün birgə səylərin koordinasiyası məqsədilə Finlandiya Prezidenti Aleksander Stubbla danışdığını qeyd edib. Həmçinin digər liderlərlə, xüsusilə də Fransa prezidenti ilə daimi əlaqədə olduğunu vurğulayıb.

"Yaxın günlərdə Prezident Trampla danışmağa ümid edirəm. Başa düşürük ki, ABŞ-nin gücü və dəstəyi sülhü, həqiqətən, yaxınlaşdıra bilər və biz bunu itirmək istəmirik. Həmçinin başa düşürük ki, Rusiyada həqiqi sülh arzusu yoxdur, əks halda onlar bu müharibəni başlamazdılar", - deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, Rusiya bütün bu il ərzində yalnız bir şey etməyə çalışır - sanksiyaları təxirə salmaq və müharibə üçün daha çox vaxt qazanmaq.

"ABŞ-nin Rusiyanın müharibəni bitirmək əzmini nəhayət ciddiləşdirməyə gücü çatar. Bunun üçün bundan sonra da 100% işləyəcəyəm - bütün vaxtım indi məhz buna həsr olunub. Ukraynaya sülh lazımdır və Ukrayna dünyada heç kimin guya bizim diplomatiyanı pozduğumuzu deməməsi üçün hər şeyi edəcək", - deyə Zelenski əmin edib.

.