Ukraynanın müdafiəsi üçün ən azı yeddi “Patriot” hava hücumundan müdafiə sistemi lazımdır.

Bu barədə aprelin 27-də Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

“Ukraynaya yeddi sistem lazımdır. Və bu minimumdur. Tərəfdaşlarımızda bu sistemlər var var. Biz vaxt itirməməliyik, qətiyyət nümayiş etdirməliyik”, - Zelenski qeyd edib.

Onun sözlərinə görə, Qərb tərəfdaşları Ukraynanı ölkənin təhlükəsizliyini təmin etmək üçün lazım olan hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər.

.