Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müdafiənin effektivliyini artırmaq üçün bir sıra sistemli dəyişikliklər hazırlayır.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında bildirib.
"Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, digər məsələlərlə yanaşı, cəbhənin ön xəttindəki vəziyyəti daha dəqiq qiymətləndirməyə, dəyişikliklərə daha çevik reaksiya verməyə və briqadaların Rusiyanın hücum aktivliyinə effektiv cavab verməsi üçün daha çox imkanlar təmin etməyə şərait yaradacaq bir sıra sistemli dəyişikliklər hazırlayır", - o yazıb.
.
