Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Təhlükəsizlik Şurasının katibi Rustem Umerov, Britaniya Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makronla Florida danışıqlarının nəticələrini müzakirə edib.
Bu barədə Zelenski Telegramda bildirib.
Tərəflər detalları görüş zamanı müzakirə etmək qərarına gəliblər.
O qeyd edib ki, komandalar gələcək mümkün əlaqələr üçün cədvəlləri razılaşdıracaqlar.
Zelenski avropalı tərəfdaşlarla əsas prioritetləri müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski avropalı tərəfdaşlarla əsas prioritetləri müzakirə edib.
Bu barədə Ukrayna lideri Telegramda yazıb.
Ukrayna Prezidenti qeyd edib ki, görüşlərin formatı faydalıdır. Belə ki, Avropanın əhəmiyyətli bir hissəsi bir araya gəlib, bu da ümumi maraqların qorunmasına kömək edir:
“Müzakirələrdə Ukrayna, Fransa, Böyük Britaniya, Almaniya, Polşa, İtaliya, Danimarka, Norveç, Niderland, Finlandiya, həmçinin Avropa Komissiyasının, Avropa İttifaqı Şurasının nümayəndələri və NATO-nun Baş katibi iştirak ediblər. Söhbət zamanı Ukrayna nümayəndə heyətinin ABŞ-la Floridadakı danışıqlarının nəticələrinə və Avropada gələcək görüşlərin hazırlanmasına toxunulub”.
Zelenski müharibənin layiqli şəkildə başa çatmasının, təhlükəsizlik təminatlarında tərəqqinin və Ukrayna və Avropanın dayanıqlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.
.
