Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparmaq məqsədilə ABŞ-a səfər etməyə hazırdır.

Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “RBK-Ukraina”ya açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, səfər ABŞ tərəfindən müvafiq siyasi siqnal verildiyi təqdirdə baş tuta bilər.

“Prezident də, nümayəndə heyəti də ABŞ-a yola düşməyə və Ukrayna üçün ədalətli sülhün maksimum dərəcədə yaxınlaşması naminə prosesi sürətləndirməyə hazırdır”, – Sibiqa vurğulayıb.

O qeyd edib ki, hazırda bir sıra istiqamətlər üzrə irəliləyiş əldə olunub. Bunlara sənədlərin məzmununun razılaşdırılması, onların hüquqi mahiyyətinin anlaşılması, eləcə də yekunlaşdırma üçün addımların ardıcıllığı daxildir.

.