
Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə nəfərin Ukrayna vətəndaşlığından məhrum edilməsi barədə fərman imzalayıb.
Zelenski bu barədə özünün “Telegram” kanalında bildirib.
“Bəzi şəxslərin Rusiya vətəndaşlığına malik olduğu təsdiqlənib – onlar barədə müvafiq qərarlar hazırlanıb. Fərmanı imzaladım”, – Zelenski qeyd edib.
“Strana” nəşrinin məlumatına görə, Odessanın meri Qennadiy Truhanovla yanaşı, Ali Radanın keçmiş deputatı Oleq Tsarev və balet artisti Serqey Polunin də vətəndaşlıqdan məhrum ediliblər.
.