Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində Krımın gələcəyi ilə bağlı sualı cavablandırıb.
Aparıcı Şon Hannitinin "Krım yenidən gündəmə qayıdıbmı?" sualına cavabında Zelenski hazırda müharibənin dayandırılmasının vacib olduğunu deyib: "Təəssüf ki, hələ yox. Yaxud hələlik yox. Amma görəcəyik. Torpaq çox önəmlidir. Bu, bizim ərazimizdir. Bu, bizim tariximizdir. Lakin ən vacib məsələ insanları itirməməkdir".
.
