Ukrayna Prezidenti Volodimir Zelenski Kaxovka su elektrik stansiyasının bəndinin partladılmasına görə Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) iclasını çağırır.

Bu barədə MTMŞ-nin katibi Oleksiy Danilov tviterdə yazıb.

Xatırladaq ki, Ukraynada Kaxovka su elektrik stansiyasının (SES) bəndi partladılıb. İnsidentdə tərəflər bir-birini ittiham edirlər.

.