Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan rəhbərliyini Ukrayna vətəndaşı və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini azad etməyə çağırıb.

Bu barədə Zelenski özünün “Twitter“ səhifəsində yazıb.

“Hazırda Ukrayna vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yavaş-yavaş öldürülür. 21-ci əsrdə Avropada bir insanın de-fakto açıq şəkildə edam edilməsi cəhdi ilə hələ də mübarizə aparmalı olmağımızın özü biabırçılıqdır!”, - deyə Ukrayna lideri yazıb.

Zelenski Gürcüstan hakimiyyətini öhdəliklərini yerinə yetirməyə Saakaşvilini azad etməyə çağırıb.

.