Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılması istiqamətində çalışır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan Respublikası Baş nazirinin müavini Mger Qriqoryanın Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının regional kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli komissiyasının iclaslarını davam etdirməməsi ilə bağlı son bəyanatını şərh edərkən bildirib.
O qeyd edib ki, Rusiya bu prosesdə Bakı və İrəvana hərtərəfli yardım göstərməyə hazırdır: “Demişik ki, kommunikasiyaların açılmasından bütün region udacaq”.
Zaxarova Rusiya Baş nazirinin müavini Aleksey Overçukun “Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ancaq Rusiyanın iştirakı ilə mümkündür” bəyanatını xatırladıb.
.