Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi kimi göstərib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiyanın vasitəçiliyi konyuktura olmayıb, regionda sülh naminə ziddiyyətlərin uzlaşdırılması olub.

"Sonra Qərb peyda oldu. Qəzəbdən, qısqanclıqdan, burada sülhün bərqərar olacağı qorxusundan region ölkələrinə qarşı fəaliyyətə başladı. Ermənistana gəlincə, hər bir suveren dövlətin öz baxışı var. Məsələ ondadır ki, bəzən Qərbin müdaxiləsi regionda artıq əldə edilmiş harmoniyanı pozur”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

.