Pentaqonun məxfi materiallarının sızması ABŞ-da 2024-cü ildə yaxınlaşan prezident seçkiləri ilə bağlı ola bilər.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində ABŞ-dan çox şey gözləmək olar.

"Tyutçevin gözəl bir şeiri var, ən gözəl şeirlərindən biri: "İlk payızda qısa, lakin ecazkar bir dövr var. Amerikanın siyasi həyatında çox qısa olmaya bilər, lakin açıq-aydın ecazkar bir dövr var. Bu, "seçkiqabağı” dövrü adlanır. Bu zaman dövrə heç bir məhdudiyyət olmadan heyran olmaq mümkündür. Orada belə şeylər olacaq ki, əvvəllər də olub. Orada nə olmayıb ki...Onlar indi bu dövrə qədəm qoyublar. Bu seçki qabağı dövrüdür. Çox möcüzəvi şeylər olacaq. Təkcə yaxşı mənada deyil, məhz belə, bir növ saxtakarlıq olacaq, tamamilə qeyri-adi və izaholunmaz hallar olacaq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

.