“London imperiya ambisiyalarından əl çəkməyib”.

“RİA Novosti”  verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Vesti FM” radiosuna deyib. 

O bildirib ki, bu gün keçiriləcək mətbuat brifinqində Rusiya XİN bu məsələyə rəsmi münasibət bildirəcək: “Ümumiyyətlə Britaniya ilə bağlı hər şey üzücüdür. İmperiya ambisiyaları problemi aradan qalxmayıb. Ambisiya var, lakin bunun üçün baza yoxdur. Bu baza çürüyüb. Təəssüf ki, onlar gördükləri bir əməli yaxşı bir iş kimi təqdim etməyə çalışır, aparıcı, böyük və güclü ölkə reputasiyasını qaytarmaq üçün bu cür yeni addımlar atırlar”.

Qeyd edək ki, Britaniya hökuməti müdafiə və xarici siyasət strategiyasını açıqlayıb. Strategiyada Britaniyanın müdafiə xərclərində artım olduğu və ölkənin nüvə başlıqlarının sayını 260-a çatdırmağı planlaşdırdığı qeyd olunub. 

Xatırladaq ki, Britaniya hökuməti 2010-cu ildən 2020-ci ilədək nüvə başlıqlarının sayını 225-dən ən az 180-ə endirəcəyinə söz vermişdi.

.