"Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi altında üçtərəfli işçi qrupu çərçivəsində Bakı və İrəvan konstruktiv yanaşma nümayiş etdirir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariyza Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

M. Zaxarova üçtərəfli işçi qrupun əsas vəzifəsinin regionun bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı yüksək səviyyədə əldə olunan razılaşmaları həyata keçirməkdən ibarət olduğunu xatırladıb: “Ümid edirik ki, müsbətə istiqamətlənmiş bu niyyət Azərbaycan və Ermənistanın rəsmi şərhlərində və media məkanında da üstünlük təşkil edəcək”. 

.