Ermənistan de-yure olaraq öz hüquq və öhdəlikləri ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O qeyd edib ki, Ermənistan təşkilatla qarşılıqlı münasibətləri “kənara qoymaq” mövqeyindədir: “Fikrimizcə, bu, erməni xalqının maraqlarına ziddir. Ümid edirik ki, Ermənistanın özünün və bütövlükdə regionun təhlükəsizliyi naminə tam tərəfdaşlığımız bərpa olunacaq”.
.