Amerikalı konqressmenlər öz ölkəsindəki problemlərlə məşğul olmalıdırlar.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ABŞ konqressmenlərinin Azərbaycana qarşı sanskiyalar tətbiq etməsi ilə bağlı Dövlət Departamentinə müraciət etməsinə münasibət bildirərkən deyib.


“Məndə elə təəssürat var ki, amerikalı konqressmenlər beynəlxalq lobbiçilik etdiklərinə görə pul alırlar, onlar bunu gizlətmirlər də, lakin məncə, onların öz ölkələrində məşğul olacaqları bir şey var. Demək istəyirəm ki, qlobal panamerikan skandalı ilə bağlı üzə çıxan dəhşətli faktlar, burada söhbət bütün bu Hollivud “tusovka”larından, onların on illiklər ərzində uşaşqları necə korlamalarından gedir. Bütün bunlar ondan xəbər verir ki, amerikalı konqressmenlərin öz evlərində məşğul olacağı iş var. Əgər onlar öz seçici mövqelərinə beynəlxalq lobbiçilikdən pul almaq biznes kimi baxırlarsa, o zaman bütün bunların adını dəyişib, strukturun adını konqress yox, nə bilim, “Amerika lobbisi, “Lobbiçiliklə bağlı agentlik” qoymaq lazımdır. Bura sadəcə pul vəsaiti göndərmək lazımdır, bu insanlar işləyəcəklər. Amerika əhalisinin vətəndaş maraqlarını reallaşdırmaq üçün səlahiyyət verdiyi bu konqressmenlər öz problemləri ilə məşğul olmalıdırlar. Orada (ABŞ-də) baş verənlərə baxmağa güc yoxdur. Baxın, narkotiklərin total şəkildə leqallaşdırılması, uşaqlar üzərində vəhşicəsinə təcrübələr, sonsuz gender manipulyasiyaları, cinayətkarlıq həddini aşıb. Lakin onlar hər zaman başqalarının problemlərinə burun soxurlar”.

.