Borell dua etsin ki, Patriarx Kirill Avropa İttifaqını cavab sanksiya siyahısına daxil etməsin.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrelin altıncı paket çərçivəsində Patriarx Kirilli sanksiyalar siyahısına daxil etmək planları ilə bağlı bəyanatını şərh edərkən bildirib.

“Borrel bəyan edib ki, Patriarx Kirill Avropa İttifaqının “qara siyahı”sına salınmalıdır. O, dua etsin ki, Patriarx Kirill Avropa İttifaqını cavab sanksiya siyahısına daxil etməsin”, - Zaxarova “Telegram” kanalında yazıb.

Qeyd edək ki, Borell Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketinin bir hissəsi kimi qəbul ediləcək yeni fərdi sanksiyalar siyahısına daxil edilə biləcəyini açıqlayıb.

.