ABŞ, Böyük Britaniya və Kanada səfirləri ilə Rusiya Xarici İşlər Nazirliyində söhbət sərt tonda keçib.

Bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib

"Dünən onlar Xarici İşlər Nazirliyinə çağırılmışdılar, onlara hər şeyi izah olunub, özü də sərt tonda... " deeyə Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Kanada səfirləri dünən “Rusiyanın daxili işlərinə kobud müdaxilə” və diplomatik statusa uyğun gəlməyən fəaliyyətlə əlaqədar Rusiya XİN-ə çağırılıb.

Belə ki, səfirlər Vladimir Kara-Murza haqqında məhkəmə hökmü barədə tənqidlər səsəndiriblər.

.