"Rusiya Xarici İşlər Nazirliyi münaqişə tərəfləri ilə işgüzar təmasdadır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim prinsipial mövqeyimiz istisnasız olaraq sülh yoludur".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Dağlıq Qarabağda, qoşunların təmas xəttində baş verən gərginliyi şərh edərkən bildirib. O deyib ki, Rusiyanın bu mövqeyi sənədlərdə də qeyd olunub.

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinlə bağlı məsələyə də yenidən münasibət bildirib.
Mariya Zaxarova A. Lapşinin Bakıda təcridxanada saxlanıldığını və məhkəmə prosesinə hazırlığın getdiyini söyləyib.
"Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları Lapşini bir müddət öncə ziyarət ediblər. Onun saxlanma şəraitindən heç bir şikayəti yoxdur. Səfirliyimiz daim onun vəkili, qohumları, o cümlədən Azərbaycanın Baş Prokurorluğu, Xarici İşlər Nazirliyi, eləcə də İsrail səfirliyi ilə təmasdadır. Məsələ ilə bağlı yenilik olan kimi məlumat verəcəyik".



.