Zaqatalada qanunsuz heyvan kəsiminin həyata keçirildiyi müəyyənləşdirilib.

Bu barədə  Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, agentlik əməkdaşlarının yerli icra orqanları ilə birgə keçirdiyi reyd zamanı Zaqatala rayonu, Danaçı kəndində vətəndaş Musayev Yusub Abduxaliq oğlu tərəfindən qanunsuz heyvan kəsiminin həyata keçirildiyi aşkar olunub.

Aşkar edilmiş faktla bağlı vətəndaş Musayev Yusub Abduxaliq oğlu inzibati məsuliyyətə cəlb edilib.

.