Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zaqatala Dövlət Təbiət Qoruğundan yeni görüntülər yayımlayıb. 

Nazirliyin sosial şəbəkə hesabında paylaşılan fotolarda qoruğun payız mənzərəsi əks olunub. 

Bununla yanaşı, fotolarda Zaqatala Dövlət Təbiət Qoruğunun palıd, vələs, fıstıq, qarağac, cökə, şabalıd, qoz kimi ağaclardan ibarət meşələrinin rəngarəngliyi, dumanlı və qarlı dağları öz əksini tapıb. 

Qoruğun gözəlliyinə gözəllik qatan təkcə qızıl payız deyil, eyni zamanda burada məskunlaşan müxtəlif heyvanlardır. 

 








.