“Gürcüstan və Azərbaycan arasındakı tərəfdaşlıq əlaqələri unikal xarakter daşıyır və əminəm ki, bu əlaqələr daha yüksək səviyyəyə qalxacaq”.

Bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Ölkələr arasında tərəfdaşlıq əlaqələri ildən ilə genişlənir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Bu, beynəlxalq formatda da dəstəklənilir. Həmçinin son BMT Baş Assambleyasının (BA) iclasında Azərbaycanın Gürcüstanı dəstəkləməsi bizim üçün çox mühümdür və bunu yüksək qiymətləndiririk”, - deyə Gürcüstan XİN başçısı vurğulayıb.

Gürcüstan XİN başçısı: “Sərhədlərin delimitasiyası pandemiya ilə əlaqədar bir qədər uzandı”

“Dövlət sərhədlərinin delimitasiya prosesi pandemiya ilə əlaqədar bir qədər uzandı. Əminəm ki, pandemiya başa çatdıqdan sonra bu situasiyadan çıxacağıq və hər iki ölkə üçün məqbul qərarlar qəbul ediləcək”.

Bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Azərbaycan və Gürcüstan arasında əlaqələrin səviyyəsi düşməyib. Bizim iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrimiz davam edir. Biz öz azərbaycanlı tərəfdaşlarımızdan razıyıq”, - deyə D. Zalkaliani vurğulayıb.

O, Azərbaycanın Qax rayonunda gürcü məktəbinin təmir olunmasını da yüksək qiymətləndirib: “Azərbaycan Prezidentinin bu qərarını yüksək dəyərləndiririk. Əminik ki, bu cür addımlar əlaqələrimizin daha da yüksəlməsinə töhfə verəcək”.

.