Avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***

Azərbaycan müdafiə naziri Zakir Həsənov və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı nazirlər regional təhlükəsizliyin təmin edilməsi məsələlərini, Qarabağdakı vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

.