![](/uploads/img/posts/2023/05/11/af90bd2c-a342-3db7-8708-6c279bf0bf09_850jpg-1683810173.jpg)
"Hər il həm Azərbaycanda, həm də Türkiyədə ortaq hərbi təlimlər keçirilir. 2023-cü ildə 10-dan çox birgə təlimin keçirilməsi planlaşdırılıb".
Bu fikirləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Konyada keçirilən "Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində çıxışı zamanı deyib.
O bildirib ki, Vətən müharibəsi iki qardaş xalq arasında əlaqələrin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirdi.
.