Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çinə rəsmi səfər çərçivəsində bu ölkənin hərbi sənaye kompleksinə daxil olan "Poly Technologies” şirkətində olub.

"Report” xəbər verir ki, şirkətin rəhbərliyi ilə görüşdə general-polkovnik Z.Həsənova bu müdafiə sənayesi müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonra müdafiə naziri müəssisənin istehsal etdiyi müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub.
.