"Biz qəhrəmanlarımızdan və qəhrəmanlıq tariximizdən imtina etmirik”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, Avropa torpaqlarının azad olunmasında bizim qəhrəman ata-babalarımız iştirak edib.
.
