Rusiya Ermənistanla təmasları davam etdirəcək, Putin və Paşinyanın müzakirə edəcəyi mövzular var.
“Sputnik Armenia”ya xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, iki lider arasında son söhbətlər zamanı “bəzi substanviv məqamlar” olub.
“Paşinyan şəxsən Bişkekə gəlsəydi, MDB sammitində görüş keçirilə bilərdi. Putin Prezident İlham Əliyevlə danışıqlar aparacaq. Onlar Rusiya sülhməramlılarının Qarabağda qalması və ermənilərin sülh yolu ilə inteqrasiyası məsələlərini müzakirə edəcəklər”, - o deyib.
.
