Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Halkidiki yarımadasının cənubunda yerləşən Psatura adası yaxınlığında qəzaya uğrayıb.

Bu barədə Yunanıstanın “Proto Thema” qəzeti məlumat yayıb.

Məlumata görə, qırıcının qəzaya uğradığı yerin yaxınlığında paraşüt görülüb. Güman edilir ki, pilot təyyarəni tərk edə bilib.

Qeyd edilib ki, pilotun axtarışına başlanılıb.

.