Barak Obamanın Yunanıstana rəsmi səfər zamanı paytaxt Afinada kütləvi etirazlar başlayıb. 

AzNews.az yerli ERT kanalına istinadən xəbər verir ki, aksiyada dörd min nəfərə yaxın insan iştirak edib. Polisin bütün qadağalarına baxmayaraq ki, aksiyalar Politexnik unversitetindən başlayaraq ABŞ səfirliyinin binasına qədər davam edib. Polis gözyaşardıcı qazdan istifadə edib. 

Etirazçılar ABŞ səfirliyi qarşısındakı polisin "canlı hasarını” yarmaq istəyib, daşlarla, "Molotov kokteyllər”i ilə hücum ediblər. Saxlanılanlar var. 

Insanlar Vaşınqotnun dəstəyi ilə 1973-cü ildə tələbələrin etirazının hərbi yolla yatırılmasının il dönümünə iki gün qalmış Barak Obamanın ölkəyə səfərinə tiraz edirlər. Etirazçılar əllərində "Bizə müdafiəçi lazım deyil!” və "Yankilər, evinizə rədd olun!” sözləri yazılmış plakatlar tutublar. 

Barak Obamanın ABŞ prezidenti qismində Yunanıstana səfəri davam edir. O, baş nazir Aleksis Tsiprasla görüşüb. Görüşdə miqrant məsələsi xüsusi müzakirə edilib. 

ABŞ prezidenti qismində Barak Obamanın son xarici səfəri Yunanıstandan sonra Almaniya və Peruya olacaq. 

.