Mərkəzi Asiya və Cənubi Qafqaz arasında daha sıx koordinasiya strateji əhəmiyyət daşıyır və Avropa İttifaqının (Aİ) yeni Qara dəniz strategiyasında nəzərdə tutulan əlaqəlilik gündəliyinə tam uyğundur.

Bu barədə Aİ-nin beynəlxalq tərəfdaşlıqlar üzrə komissarı Yozef Sikela Özbəkistanın "Gazeta.uz" nəşrinə müsahibəsində Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşləri formatının tamhüquqlu iştirakçısı olmasını şərh edərkən bildirib.

"Prosedurların, standartların və rəqəmsal sistemlərin daha yaxşı uzlaşdırılması Transxəzər marşrutunu (Orta Dəhliz - red.) biznes üçün daha sürətli, proqnozlaşdırılmasını isə mümkün edə edər. Bu, həm də logistika, liman infrastrukturu, ticarətin sadələşdirilməsi və yaşıl nəqliyyat sahələrində birgə layihələr üçün yeni imkanlar yaradacaq. Avropa üçün bu, daha etibarlı və şaxələndirilmiş Şərq-Qərb əlaqəsi, region üçün isə bir-birini qarşılıqlı şəkildə gücləndirən faydalar - daha möhkəm iqtisadi əlaqələr və daha yüksək sabitlik deməkdir", - Avropa komissarı vurğulayıb.

 

.