
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) GMO məhsulların sınağı laboratoriyasına təqdim edilən kənd təsərrüfatı və yeyinti məhsullarının tərkibində GMO aşkar edilməyib.
SMPDK-da Turan-a bildiriblər ki, Xidmətinin əməkdaşları tərəfindən ticarət şəbəkələri, satış nöqtələri və bazarlardan 20 adda məhsul: düyü, soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur, arpa yarması, kartof çipsisi, sezar sousu, italyan ketçupu, badamlı və vaflilli südlü şokolad məhsulları götürülüb.
Laboratoriya analizləri başa çatmaq üzrədir. Onlar müsbət nəticə verməyib.
«Ərzaq məhsulları haqqında» qanuna əsasən, ərzaq malları istehsalında ) GMO-dan istifadə etmək qadağnadır. Bu fəaliyyət, eləcə də GMO məhsulların idxalı və satışı cinayət qanunvericiliyi ilə təqib edilir.
.