Axşam saatlarında Qəbələnin Zarağan kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib. Bizimyol.info "ARB Şəki"yə istinadən xəbər verir ki, 36 BB 211 dövlət nömrə nişanlı "VAZ 21011" markalı avtomobil yolu keçən Göyçay sakini Xəlilov Elşən Şəfəq oğlunu vurub.
Qəbələdə yerləşən hərbi hissələrdən birində müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu olan Elşən Xəlilov hadisə yerindəcə keçinib. Hələlik piyadanı vuran şəxsin kimliyi  müəyyənləşməyib. Fakt araşdırılır.

.