Bakı Şəhər Baş Polis İdarəsi Nəsimi rayonunda baş vermiş yol qəzasının təfərrüatlarını açıqlayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov salamnews-a açıqlamasında bildirib ki, hadisə dünən səhər saat 10:19-da baş verib:
"Rəşid Behbudov küçəsi ilə hərəkət edən "MG" markarlı 90-NV-350 dövlət nömrə nişanlı avtomobili idarə edən 1971-ci il təvəllüdlü, Xətai rayon sakini Əmiraslanov Ramiz Nəcəfqulu oğlu sükan arxasında qəfil ürək tutmasından vəfat edib. Avtomobil hərəkətdə olduğu üçün Şəmsi Bədəlbəyli küçəsində piyada zolağı ilə hərəkət edən pyadaları vuraraq qarşıda 5 nömrəli avtobusa çırpılaraq dayanıb. Hadisə zamanı bir xanım piyada yerindəcə həlak olub, 2 nəfər isə ağır yaralanıb".
İdarə rəsmisi, həmçinin əlavə edib ki, hadisə ilə bağlı Nəsimi Polis İdarəsində araşdırma aparılır.
