Nəsimi rayonunda yol qəzası baş verib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, toqquşan maşınlardan birinin sürücüsü yol polisi olub. Hadisə Rəşid Behbudov küçəsində baş verib. Dövlət Yol Polisi İdarəsinin kiçik serjantı, 1987-ci il təvəllüdlü Pərviz Şahverdiyevin idarə etdiyi "Niva" markalı 90 TT 633 nömrəli və Bakı sakini, 1991-ci il təvəllüdlü Elməddin Nəsirovun idarə etdiyi Mercedes markalı 10 KR 343 nömrəli avtomobillər toqquşub. Nəticədə E.Nəsirov, sərnişinləri-1989-cu il təvəllüdlü Rahilə Gözəlova, R.Gözəlovanın oğlu, 2011-ci il təvəllüdlü İmaməli Natiq oğlu, bacıları Səkinə Nəsirova və Elyanə Yavtumova xəstəxanaya yerləşdirilib.
Dörd yaşlı İmaməli xəstəxanada vəfat edib, digər yaralıların vəziyyəti yaxşıdır..