Baş Dövlət Yol Polisi İdarəsi ölkə üzrə buzlaşma olan yolların siyahısını açıqlayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev  açıqlamasında bildirib ki, respublika yollarında əksər ərazilərə qar yağıb, avtomobillərin hərəkəti çətinləşib:

“Ağsu aşırımında yol bağlanıb. Bakı-Quba-Rusiya yolunun 30 km-dən başlayaraq 204 km-dək yollar buzlayıb. Bundan başqa, Gəncob- Yalama yolu, Bakı- Şamaxı younun 78 km-dəmn 140 km-dək  yollarda buzlaşma var. Həmin istiqamətdə gedən sürücülərin diqqətli olmağa çağırırıq”.
 

.