"Ümid edirəm ki, Azərbaycanla yeni saziş üzrə danışıqları gələn il yekunlaşdıracağıq".

Bunu Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han "Şərq tərəfdaşlığı” sammiti çərçivəsində təşkil olunmuş press-tur iştirakçıları ilə görüşündə deyib.
O, hazırda yeni saziş üzrə danışıqların davam etdiyini bildirib.
Komissarın sözlərinə görə, Aİ Azərbaycanla bir çox sahədə, o cümlədən kənd təsərrüfatı, təhsil sahələrində əlaqələri genişləndirmək niyyətindədir.
.