"Avropa İttifaqı Bakı Limanına dəstəyini davam etdirəcək".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Limanları Konfransında Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohanas Han video-müraciətində deyib.

"Avropa İttifaqı Bakı Limanı ilə əməkdaşlığın davam etməsini arzulayır", - o qeyd edib.

Komissar bildirib ki, Azərbaycanın coğrafi mövqeyi Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynamasına şərait yaradır.

Y.Han vurğulayıb ki, Avropa İttifaqı TEN-T proqramının icrası üçün 2020-ci ilə qədər 150 milyon avro qrant ayıracaq.
.