Yevalxda ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanabad kəndində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobillə "Picap" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
.
