Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 4 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhəd magistral yolunun 280-ci kilometrliyində, Yevlax rayonu ərazisində qeydə alınıb.

Belə ki, Kərimov Zaur Rəşid oğlunun idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus Allahverdizadə Ülvi Elxan oğlunun idarə etdiyi traktorla toqquşub.

Nəticədə hər iki sürücü xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.

.