Yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 1985-ci il təvəllüdlü Ramin Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

A.Sadıqov əvvəllər Yevlax RPŞ-də polis serjantı kimi xidmət edib.

Araşdırmalar davam etdirilir.

.