Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın davam edir.
"Report”un Qərb bürosunun verdiyi məlumata görə, yanğının genişlənməsi təxliyyə prosesini çətinləşdirir.
Məlumata görə, təxminən 35-40 xəstə, o cümlədən uşaqlar alovun sıx əhatə olduğu ərazilərdə qalıb. Onların xilas edilməsində ciddi problemlər var.
Xəstəxanaya gedən bütün yollar bağlanılıb. Yalnız xidmət avtomobilləri hərəkət edə bilir.
***
Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.
"Report"un Qərb bürosunun məlumatına görə, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.




