Beynəlxalq alimlər kollektivi “Kepler” kosmik teleskopunun məlumatlarını təhlil edərək, biri öz fiziki xarakteristikasına görə Yer kürəsinə olduqca bənzəyən iki planet aşkar ediblər.

Daha öncə aparılan tədqiqatlarda “Kepler-160b” və “Kepler-160c” ekzoplanetlərinin ulduzun ətrafında fırlandığı müəyyənləşdirilmişdi.

“Kepler-160” ulduzu isə Yer kürəsindən 3000 işıq ili məsafədə yerləşir. Ulduzun parlaqlığının dəyişkənliyinin fiziki modelini ətraflı tədqiq edən alimlər “KOI-456.04” adlandırdıqları potensial ekzoplaneti aşkar ediblər.

“KOI-456.04”ün dövretmə periodu 378 gün təşkil edir. Bundan başqa, tədqiqatçılar güman edirlər ki, bu planetdə su mövcuddur.

Alimlərin bildirdiyinə görə, hələlik “KOI-456.04”ün planet olması ehtimalı 85% təşkil edir. Onlar “KOI-456.04” haqqında daha dəqiq məlumatlar əldə etmək üçün 2026-cı ildə işə salınması nəzərdə tutulan “Plato” kosmik teleskopunun missiyasına ümid bəsləyirlər. 

.