İsveçrə, ABŞ və Konqo Respublikasından olan alimlər qrupu Yer kürəsində suyu ən tünd rəngdə olan çayı tapıblar.

Söhbət Afrikanın ən böyük çaylarından biri sayılan Konqonun sol qolu Ruki çayından gedir.

Tədqiqatçılar qeyd edirlər ki, Ruki çayının suyunun dibini görmək mümkün deyil.

Yağışlı mövsümdə çay tez-tez sahillərini aşır və cəngəlliyi su basır.

Bundan sonra çayın suyu tədricən öz adi axınına qayıdır.

Bu müddət ərzində isə su karbonla zəngin üzvi maddələri (ölü bitki örtüyü) cəngəllikdən çıxarır.

Həmçinin Ruki çayının sahillərində böyük torf bataqlıqları da var.

.