NATO ölkələri müdafiə xərclərinin azaldılmasını dayandırır. Yenizaman.az-ın verdiyi xəbərə görə, bu barədə Alyansın baş katibi Yens Stoltenberq bildirib.
"Ən azından, NATO ölkələri artıq müdafiə xərclərinin azaldılmasını dayandırmağa və təhlükəsizlik sahəsinə daha çox sərmayə yatırmağa başlayıblar”, deyə o NATO ölkələrinin XİN rəhbərlərinin toplantısının yekunlarına dair açıqlamasında bildirib.
Yens Stoltenberq növbəti dəfə NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıb. Alyansın tələblərinə əsasən, müdafiə xərclərinin həcmi milli ÜDM-in iki faizi səviyyəsində olmalıdır.
.
