Cənub rayonlarında bu bölgəyə xas ənənəvi meyvəçilklə yanaşı, son illər digər meyvə bağlarının salınmasına da maraq artıb. Lənkərann Ürgə kəndində 50 ha ərazidə salınmış ərik, şaftalı, gilas, armud, gavalı, heyva meyvə ağaclarından ibarət bağlardan bu il 350 ton məhsul götürülüb. Hazırda təsərrüfatda mövsümi tədbirlər görülür.Yenizaman.az ARB Cənub-a istinadla xəbər verir ki, meyvəçilik təsərrüfatı dövlətin güzəştli kreditləri hesabına 2011-ci ildə türk mütəxəssislərin köməyi ilə salınıb. Bağda İtaliyadan gətirilən şaftalı, gilas, armud, gavalı, heyva və 3 sort ərik tingləri əkilib. Xanbulançay su dəryaçasından su xətləri çəkilməklə təsərrüfatda damlama suvarma sistemləri də qurulub. Təsərrüfatın aqronomunun dediyinə görə bağlarda mövsümi işlər bir qədər gecikib. Buna səbəb oktyabr ayında yağan intensiv yağışlar olub. Hazırda havalar mülayim keçdiyindən fürsətdən maksimum yararalanmaqla işlər davam etdirilir. Budama və dərmanlama prosesi başa çatdıqdan bir müddət sonra isə bağlarda alaq otlarından təmizlənmə işləri aparılcaq.
Əkinçilik qaydalarına uyğun xüsusi sxem əsasında qurulan bağda meyvə tingləri əkildikdən üç il sonra məhsul verməyə başlayıb.
Təsərrüfat sahibi Ramiz Hüseynov: "Birinci ili həmin ağaclardan 6-7 kq. Hazırda da 20-25 kq məhsul götürürük. Bu il 350 ton məhsul yığmışıq.”
2017-ci ildə isə bağdan 500 ton məhsul götürülməsi proqnozlaşdırılır. Satışa gəlincə daha çox yerli və paytaxt bazarlarında həyata keçirilir. Amma qiymətlər ucuz olduğundan fermerlər daxili bazarın onlara sərf etmədiyini bildirir.
Təsərrüfat sahibləri meyvə bağlarının ərazisini gələcəkdə daha da genişləndirməyi düşünür. Bu məqsədlə ərazidə tingçilik təsərrüfatının yaradılması nəzərdə tutulub.
