Çərşənbə axşamı Sakit okeanın Yeni Kaledoniya sahillərində 7 maqnituda gücündə zəlzələ baş verib.
Yenizaman.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Tadin şəhərindən 129 km şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 14,9 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
.
