Azərbaycan Respubliaksının Ali Məhkəməsinə yeni hakimlər təyin edilib.
Bununla bağlı "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında" layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Belə ki, Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi Cəfər oğlunun Azərbaycan Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.
Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.
Bakı Apellyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad olunub
Bakı Apellyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad olunub.
Bununla bağlı "Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında" layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsinin hakimi vəsifəsindən azad edilib:
- Kərimli İlham Əziz oğlu;
- Qasımov Faiq Adil oğlu;
- Məhərrəmova Şeyda Ədalət qızı.
Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.
Naxçıvan Ali Məhkəməsinə yeni hakimlər təyin edilib
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə iki yeni hakim təyin edilib.
Bununla bağlı " Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəylərli Səxavət Şahhüseyh oğlu və Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.
Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.
Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə hakim təyinatları olub
Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib.
Bununla bağlı "Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında" layihələr Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafiq Musa oğlu Cəfərov vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Turab oğlu Əliyevin isə vəzifəsi dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.
Şəki Apellyasiya Məhkəməsinin hakimi Ayaz Akif oğlu Mahmudov vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
Aşağıdakı şəxslər də Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub:
- Rəhimli Lalə Elxan qızı - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi;
- Cabbarova Gülnar İnqilab qızı - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi;
- İsmayılov Azər İbrahim oğlu - Sumqayıt Şəhər Məhkəməsinin hakimi;
- Süleymanova Almaz Məhərrəm qızı - Sumqayıt Şəhər Məhkəməsinin hakimi;
Layihəyə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızı vəzifələrindən azad edilib.
Bundan əlavə, aşağıdakı şəxslər də Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunub:
- Səmədov Xəqani Hacı oğlu - Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi;
- Mehdiyev Elçin Məhəmməd oğlu - Şəki Rayon Məhkəməsinin hakimi;
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin İsgəndər oğlu Xasməmmədov, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahit Fehruz oğlu, Şirvan İnzibati Məhkəməsinin hakimi Həsənov Samir Firdovsi oğlu və Biləsuvar Rayon Məhkəməsinin hakimi Əhmədov Pərviz Tərlan oğlu Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.
.