Gürcüstan hökuməti istefa verən energetika naziri Kaxaber Kaladzenin yerinə yeni nazir təyin edib.
Gürcüstanın Energetika Nazirliyinin rəsmi saytı xəbər verir ki, bu gün keçirilən iclasda baş nazir Giorgi Kvirikaşvili bu posta İlya Eloşvilinin gətirildiyini açıqlayıb.
Eloşvili 2012-ci ildən energetika nazirinin birinci müavini kimi çalışır.
Qeyd edək ki, Kaladze Tbilisi şəhərinin meri postuna namizədliyini vermək üçün nazir postundan getmişdi.
.
